ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıb

ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıb
# 29 iyun 2022 03:51 (UTC +04:00)

ABŞ mütəxəssisləri qripə qarşı peyvəndinin birinci mərhələsinin klinik sınaqlarına başlayıblar.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə və Sosial Xidmətləri Departamentinin yanında Milli Sağlamlıq İnstitutunun saytında bildirilib.

Məlumata əsasən, mütəxəssislər peyvəndin bir sıra ştammlara qarşı effektiv olacağına ümid edirlər.

18-55 yaş arası sağlam könüllülər Vaşinqtonun Betesd (Meriland ştatı) şəhərətrafı qəsəbəsində bu dərmanla peyvənd olunmağa başlayiblar. Bu mərhələdə yeddi ay davam edəcək sınaqlarda 100-ə qədər insanın iştirakı gözlənilir.

Mütəxəssislər mütəmadi olaraq könüllülərin immun sisteminin necə reaksiya verdiyini yoxlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR