ABŞ-da reanimasiya şöbələrinin 78 faizi dolub

ABŞ-da reanimasiya şöbələrinin 78 faizi dolub
# 31 dekabr 2021 07:16 (UTC +04:00)

ABŞ-da reanimasiya şöbələrində çarpayıların 78%-i tutulub. Onların 22.7% -dən çoxu koronavirus xəstələridir.

APA xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti məlumat yayıb.

Bildirilib ki, reanimasiya şöbələrindəki 80,8 min çarpayıdan 63,3 mini tutulub ki, onalrın da 17,4 mini koronaya yoluxmuş xəstələrdir.

Corc Vaşinqton Universiteti xəstəxanasının fəlakətlə mübarizə şöbəsinin müdiri doktor Jeyms Fillips deyib ki, hətta əvvəlki dalğalarının pik səviyyələrində belə bu qədər xəstə müşahidə edilməyib

Ümumilikdə, hazırda ABŞ-da 579 min insan (ölkənin çarpayı tutumunun 77,25%-i) xəstəxanalara yerəşdirillib. Onlardan 90,7 mini koronavirus diaqnozu ilə gələnlərdir.

Con Hopkins Universitetinin məlumatına görə, dekabrın 28-i çərşənbə axşamı ABŞ-da yeni koronavirusa yoluxma hallarının sayı 512,5 mindən çox olub ki, bu da ilin əvvəlindən bəri rekord gündəlik artım olub.

Ümumilikdə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 53,7 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı 821 mini ötüb. Ölkə bu iki göstərici üzrə dünyada birinci yeri tutmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR