ABŞ-da səhvən marixuana yeyən uşaqların sayı artır

ABŞ-da səhvən marixuana yeyən uşaqların sayı artır
# 05 yanvar 2023 05:34 (UTC +04:00)

2017-ci ildə təxminən 200 uşaq səhvən marixuana tərkibli məhsul qəbul edib. 2022-ci ildə isə 3 mindən çox uşaq səhvən marixuana qəbul edib. Bu da 1300% artım deməkdir.

APA-nın xəbərinə görə, bu barədə “Pediatrics” jurnalı məlumat verib.

“Yeyiləbilən” kateqoriyalı bu marixuana çox vaxt konfet, şokolad və ya biskvit şəklində olur. Jurnal bildirir ki, hələlik ölüm olmasa da, körpələr üçün yüksək doza riskli ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR