ABŞ-da sel nəticəsində 25 nəfər ölüb - FOTO - YENİLƏNİB

ABŞ-da sel nəticəsində 25 nəfər ölüb - FOTO  - YENİLƏNİB
# 30 iyul 2022 21:37 (UTC +04:00)

ABŞ-ın Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Ştatın altı rayonunda fövqəladə vəziyyət elan edilib.

***

29.07.2022

Saat: 01:20

ABŞ-da leysan yağışların səbəb olduğu daşqında 3 nəfər həyatını itirib.

APA Reuters-ə istinadən xəbər verir ki, hadisə Kentukki ştatında baş verib.

Bir çox ev su altında qalıb.

Ştat qubernatoru bəzi vətəndaşların evlərin damında köməksiz vəziyyətdə gözlədiyini söyləyib.

Axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün Milli Qvardiyanın şəxsi heyəti səfərbər edilib.

Qubernator təbiət hadisəsi nəticəsində ölənlərin sayının artacağını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR