ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 3-ü yaralanıb

ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 3-ü yaralanıb
# 02 aprel 2023 08:04 (UTC +04:00)

ABŞ-da silahlı insident baş verib.

APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Los-Ancelesdəki ərzaq mağazası yaxınlığında açılan atəş nəticəsində bir nəfər ölüb, üçü isə ağır yaralanıb.

Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, atışma yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 2 aprel 02:45) baş verib.

Polis şübhəlinin nəzarətə alındığını bildirib.

Hadisənin səbəbləri məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR