ABŞ-da avtomobil kütlənin üzərinə sürülüb, 17 nəfər yaralanıb, 1 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da avtomobil kütlənin üzərinə sürülüb, 17 nəfər yaralanıb, 1 nəfər ölüb - YENİLƏNİB
# 14 avqust 2022 12:38 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə tədbirinin keçirildiyi məkanda sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində yaralananların sayı 17 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlum olub ki, sürücü Bervikdə hadisədən sonra Neskopek şəhərində bir qadını öldürüb. Daha sonra şübhəli şəxs Neskopekdə polis tərəfindən saxlanılıb.

Hələlik sürücünün şəxsiyyəti və ona qarşı hansı ittiham irəli sürüldüyü də açıqlanmır .

Polis sürücünün Bervik şəhərində avtomobili kütlənin üzərində qəsdən sürüb-sürmədiyini aydınlaşdırmağa çalışır.

***

saat 08.00

ABŞ-ın Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə tədbirinin keçirildiyi məkanda sürücü avtomobili kütlənin üzərinə sürüb.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, xəsarət alanlar arasında 5 uşaq var.

Yaralıların daşınması üçün hava nəqliyyatından istifadə edilib.

Hadisəni törədənşəxs polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR