ABŞ-da təyyarə uçuşlarındakı gecikmələrin səbəbi araşdırılır

ABŞ-da təyyarə uçuşlarındakı gecikmələrin səbəbi araşdırılır
# 12 yanvar 2023 09:58 (UTC +04:00)

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) uçuşlara nəzarət sistemində (NOTAM) yaranmış nasazlıq səbəbilə ölkə daxilinə və xaricə nəzərdə tutulmuş 10 103 uçuş gecikib, 1 343 aviareys isə ləğv edilib.

APA CNN-ə istinadən xəbər verir ki, FAA problemin səbəbinin müəyyənləşdirilməsi ilə bağlı işlərin aparıldığını açıqlayıb.

Məsələdən xəbərdar hökumət rəsmisi CNN-ə açıqlamasında bildirib ki, FAA araşdırma zamanı sistemdə müəyyənləşdirilmiş korlanmış fayla görə kimin məsuliyyət daşıdığını hələ də araşdırır. Rəsmi sistem problemin qəsdən və ya kodlaşdırma xətası nəticəsində ortaya çıxmasının aydın olmadığını qeyd edib.

FAA da yeni açıqlamasında NOTAM sistemində korlanmış faylın aşkarlandığını və araşdırmaların davam etdirildiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR