ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot saxlanılıb - YENİLƏNİB

ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot saxlanılıb  - YENİLƏNİB
# 03 sentyabr 2022 20:42 (UTC +04:00)

ABŞ-da qaçırdığı təyyarəni mağazaya çırpmaqla hədələyən pilot saxlanılıb.

APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Pilot yerə endikdən sonra həbs edilib. Onun səhhəti ilə bağlı məlumat verilmir.

***

19.29

ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində bir nəfər kiçik həcmli şəxsi təyyarə qaçırıb.

APA TASS-a istinadən xəbərə verir ki, yerli polis onun təyyarəni Walmart mağazasına çırpacağı ilə hədələdiyini bildirib.

Mağaza təxliyə edilib. Pilot hazırda şəhərin üzərində uçur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR