ABŞ-da tornado nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb - VİDEO  - YENİLƏNİB-3
# 02 aprel 2023 10:54 (UTC +04:00)

ABŞ-ın bir neçə ştatını vuran tornado nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Ölənlərin sayı 26 nəfərə çatıb.

***

saat 00.48

ABŞ-ın bir neçə ştatını vuran və tornado nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Təbii hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Hava şəraiti yaşayış binalarının, eləcə də bir sıra infrastruktur obyektlərinin, o cümlədən məktəb, kilsə və teatrın dağılması na səbəb olub.

***

01.04.2023

Saat 23:27

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı yenidən artıb.

APA xəbər veri ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yeddi ştatı vuran təbiət hadisəsi 18 nəfərin ölümünə səbəb olub.

Ölüm hallarının əksəriyyəti Arkanzas, İndiana və Tennessi ştatlarında baş verib.

30 mindən çox insan işıqsız qalıb.

***

Saat 20:31

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Təbiət hadisəsi 11 nəfərin həyatına son qoyub.

Ölənlərdən 5-i Arkanzasda qeydə alınıb.

Çox sayda yaralı var. Arkanzasda 50-dən çox adam xəstəxanaya yerləşdirilib.

***

Saat 07:17

ABŞ-ın Arkanzas ştatında baş verən bir neçə tornado nəticəsində 2 nəfər ölüb, 60 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə APA yerli KİV-ə istinadən xəbər verib.

Qasırğalardan ən çox zərər çəkən Litl Rok şəhəri olub. Şəhər meri sosial şəbəkədə 60 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

“Arkansas Democrat Gazette” nəşrinin məlumatına görə, qurbanlardan beşinin vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR