ABŞ-ın Pensilvaniya ştatının "West Reading" şəhərindəki şokalad zavodunda baş verən yanğında 2 nəfər ölüb.
APA "Associated Press" agentliynə istinadən xəbər verir ki, yanğında 9 nəfər itkin düşüb.
Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilir.
***
Saat 07:39
ABŞ-da şokolad zavodunda yanğınla müşahidə olunan partlayış baş verib.
APA xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Hadisə Pensilvaniyadakı Palmer şirkətində olub.
Yanğın nəticəsində 6 nəfər yaralanıb.
Partlayışın səbəbləri və hələ də fabrikdə olan işçilərin sayı barədə məlumat verilmir.