ABŞ daha 11 şirkətə sanksiya tətbiq edib

ABŞ daha 11 şirkətə sanksiya tətbiq edib
# 29 mart 2023 04:24 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi 2 Rusiya firması da daxil olmaqla 11 şirkətə sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə Federal Reyestrdə yerləşdirilən bildirişdə deyilir.

ABŞ Ticarət Nazirliyinin strukturuna daxil olan Sənaye və Təhlükəsizlik Bürosu qara siyahıya Myanmar, Çin, Nikaraqua və Rusiyadan 11 şirkəti daxil edib. Onların arasında Rusiyanın “Aviatex” və “Aviazapçast” firmaları da var.

Departamentin məlumatına görə, bu strukturlar “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olan hərəkətlərdə” iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR