ABŞ-nin Texas ştatında naməlum silahlı şəxs ticarət mərkəzində insanlara atəş açıb.
APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
San Antonio şəhərindəki "North Star Mall" ticarət mərkəzində baş verən hadisədə şahidlər evakuasiya görüntülərini internetdə yayımlayıblar.
Videoda insanların dəhlizlərdən çıxış istiqamətində necə qaçdığı əks olunub.
Bəzi mənbələr bunun yanğın təhlükəsizliyi məqsədli olduğunu deyib.
Xatırladaq ki, son sutka ərzində bu, Amerikada izdihamın üzərində ikinci hadisədir.
Bir neçə saat əvvəl Çikaqoda atışmada bir nəfər ölüb, altı nəfər yaralanıb.