ABŞ-də universitet kampusunda atışma olub, ölənlər var - YENİLƏNİB

ABŞ-də universitet kampusunda atışma olub, ölənlər var - YENİLƏNİB
# 07 iyun 2023 04:35 (UTC +04:00)

ABŞ-ın Riçmond şəhərində Virciniya Birlik Universitetinin kampusunda baş verən atışma nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ABC8 telekanalı məlumat yayıb.

İnsident zamanı 13 nəfərin yaralandığı bildirilir.

Şahidlərinin sözlərinə görə, orta məktəbin buraxılış mərasiminin keçirildiyi “Altriya” teatrının yaxınlığında 30-a yaxın atəş açılıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb, şübhəlilər haqqında məlumat və atışmanın səbəbləri açıqlanmır.

***

Saat 03:53

ABŞ-nin Riçmond şəhərində naməlum şəxs Vircina Birlik Universitetinin kampusunda atəş açıb.

APA xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfərin yaralandığı ehtimal edilir.

Telekanalın məlumatına görə, hücum edən şəxs hələ də saxlanılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR