ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - YENİLƏNİB

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb  - YENİLƏNİB
# 09 iyun 2022 07:04 (UTC +04:00)

ABŞ ordusuna məxsus "Osprey" təyyarəsinin qəzaya uğraması nəticəsində4 nəfər ölüb.

APA "Independet” nəşrinə istinadən xəbər verir ki,ABŞ Dəniz Piyadaları Üçüncü Dəniz Hava Donanması bu barədə yazılı açıqlama verilib.

“Osprey MV-22B” tipli tiltrotor təyyarəsi Kaliforniya-Meksika sərhədi yaxınlığında, Qlamis şəhəri yaxınlığında qəzaya uğrayıb.

Ekipajdan 4-ü həlak olub.

Təyyarənin ekipajının 5 dəniz piyadasından ibarət olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

***

Saat 04:43

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin El Sentrodakı Hərbi Hava Bazasının “Facebook”da dərc olunmuş bəyanatında deyilir.

“Biz təsdiq edə bilərik ki, 3-cü Dəniz Piyadaları Korpusunun Hava Yükləmə Qanadına məxsus təyyarə Kaliforniya ştatının Qlamis şəhəri yaxınlığında qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir.

Həmçinin yayılan şayiələrə görə təyyarədə nüvə materialı olub ki, bu məlumat da təkzib olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. USNI-News-un məlumatına görə, “MV-22B Osprey”in göyərtəsində 3-5 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR