ABŞ Dövlət Departamenti Azərbaycanla Aİ arasında enerji sahəsi üzrə memoranduma münasibət bildirib

ABŞ Dövlət Departamenti Azərbaycanla Aİ arasında enerji sahəsi üzrə memoranduma münasibət bildirib
# 19 iyul 2022 09:47 (UTC +04:00)

“Biz enerji təhlükəsizliyi məsələsində Aİ müttəfiqlərimizlə, regiondakı digər tərəfdaşlarla, o cümlədən Azərbaycanla çox sıx əməkdaşlıq edirik”.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz bu müddət ərzində sabit qlobal enerji təchizatı görmək istəyirik. Bu, ABŞ-Aİ işçi qrupumuzun çox yaxından işlədiyi, əməkdaşlıq etdiyi bir mövzudur. Bu, bizim dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycanla ikitərəfli şəkildə çox sıx əməkdaşlıq etdiyimiz bir sahədir”, - Ned Prays qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR