ABŞ Dövlət Departamenti Honkonqa gedən vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib

ABŞ Dövlət Departamenti Honkonqa gedən vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib
  • Clock-gray 06:24
  • calendar-gray 15 Avqust 2019

ABŞ Dövlət Departamenti Honkonqa səfər edən ölkə vətəndaşlarını kütləvi etiraz aksiyaları ilə əlaqədar maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yayılmış açıqlamada deyilir.

Bildirilir ki, ABŞ-da Honkonqa səfər üçün təhlükə səviyyəsi ikinci dərəcəyə qədər qaldırılıb. Departamentin məlumatına görə, iyun ayından etibarən Honkonqun müxtəlif rayonlarında, eləcə də hava limanında bir neçə iri və kiçikhəcmli siyasi nümayişlər keçirilib.

“Onların əksəriyyəti dinc aksiya olub, ancaq bəzilərində qarşıdurmalar yaşanıb və güc tətbiq edilib. Polis kütlələrlə mübarizədə müxtəlif üsullardan, həmçinin gözyaşardıcı qazdan istifadə edib. Xəbərdarlıq edilmədən keçirilən bu cür nümayişlər, çox güman ki, davam edəcək”, - məlumatda belə deyilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date