ABŞ Dövlət Departamenti: İranla nüvə danışıqlarında irəliləyişin olmasını demək hələ tezdir

Ned Prays

© APA | Ned Prays

# 29 dekabr 2021 02:18 (UTC +04:00)

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üzrə danışıqlara konstruktiv yanaşmasını demək çətindir”.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

O bildirib ki, İranın bu mərhələdə konstruktiv yanaşma ilə qayıdacağını söyləmək hələ tezdir: “İran BHFP-ya qayıtmaq istiqamətində çox yavaş irəliləyir. Bu belə davam edə bilməz, çünki razılaşmaya qayıtmaq üçün vaxt məhduddur”.

Qeyd edək ki, bundan əvvəl İranla BHFP-nin bərpası üzrə danışıqların iştirakçıları nəticə etibarı ilə texniki tərəqqi olduğunu bəyan ediblər. Bu barədə Britaniya, Fransa və Almaniya diplomatları tərəfindən fikir səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR