ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində 18 ədəd HIMARS reaktiv yaylım atəş sistemləri və digər silahların mümkün satışını təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.