ABŞ dövlət katibi, Aİ-nin Ali Nümayəndəsi, NATO Baş katibi və ATƏT sədrinin iştirakı ilə ilk dördtərəfli görüş keçirilib

ABŞ dövlət katibi, Aİ-nin Ali Nümayəndəsi, NATO Baş katibi və ATƏT sədrinin iştirakı ilə ilk dördtərəfli görüş keçirilib
# 20 yanvar 2022 00:22 (UTC +04:00)

Avropanın təhlükəsizliyi ilə bağlı davamlı transatlantik və çoxtərəfli koordinasiya kontekstində Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrell, NATO Baş katibi Yens Stoltenberq, ABŞ dövlət katibi Entoni Blinken və ATƏT-ə hazırda sədrlik edən Polşa XİN-in iştirakı ilə ilk dördtərəfli onlayn görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici Siyasət Xidməti məlumat yayıb.

Müzakirələr zamanı tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini, həmçinin Rusiyanın Avropada təhlükəsizlik tənzimləmələrini yenidən müəyyən etmək cəhdləri və bununla bağlı davam edən ikitərəfli və beynəlxalq diplomatik əlaqələri müzakirə ediblər. Onlar xüsusilə ATƏT çərçivəsində təsbit olunmuş mövcud Avropa təhlükəsizlik arxitekturasının fundamental prinsiplərinin dəstəklənməsinə ehtiyac olduğunu vurğulayıblar.
Aİ-nin Ali Nümayəndəsi yanvarın 24-də Aİ ölkələri XİN başçılarının müzakirələrinə ABŞ dövlət katibini də dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR