ABŞ dövlət katibi Avstriya xarici işlər naziri ilə Ukraynaya yardım məsələsini müzakirə edib

ABŞ dövlət katibi Avstriya xarici işlər naziri ilə Ukraynaya yardım məsələsini müzakirə edib
# 08 fevral 2023 07:36 (UTC +04:00)

ABŞ dövlət katibi Antoni Blinken və Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Vaşinqtonda keçirilən görüşdə Ukraynaya yardım və anti-Rusiya tədbirlərini müzakirə ediblər.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatda bildirilib. Onun sözlərinə görə, tərəflər gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Ukraynaya kömək göstərilməsini, xüsusi hərbi əməliyyat aparması ilə bağlı Rusiyanı məsuliyyətə cəlb etməyin zəruriliyini müzakirə ediblər. Onlar, həmçinin ATƏT-in dialoq platforması kimi vacibliyindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR