ABŞ Dövlət katibinin müavini Stoltenberqlə Rusiyanı müzakirə edib

Vendi Şerman, Yens Stoltenberq

© APA | Vendi Şerman, Yens Stoltenberq

# 11 yanvar 2022 15:08 (UTC +04:00)

ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini "Twitter" hesabında məlumat verilib.

Görüşdə yanvarın 12-də keçiriləcək NATO-Rusiya Şurasının iclası və gərginliyi azaltmaq üçün Rusiyanın addımlarının vacibliyi müzakirə olunub.

"Biz Rusiya ilə bağlı NATO-nun çəkindirmə və dialoqu əhatə edən vahid yanaşmasını təsdiqlədik və Ukraynaya sarsılmaz dəstəyimizi vurğuladıq", - dövlət katibinin birinci müavini bildirib.

Qeyd edək ki, yanvarın 10-da Cenevrədə Vendi Şermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR