ABŞ F-16-ların Türkiyəyə satışını dəstəkləyir

ABŞ F-16-ların Türkiyəyə satışını dəstəkləyir
# 19 yanvar 2023 19:05 (UTC +04:00)

ABŞ prezident administrasiyası F-16-ların Türkiyəyə satışını dəstəkləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli jurnalistlərə açıqlamasında ABŞ-nın Türkiyədəki səfiri Cef Fleyk bildirib.

O qeyd edib ki, F-16-ların Türkiyəyə satışı ilə bağlı Bayden administrasiyasının Konqresə ünvanladığı müraciətə nə vaxt cavab veriləcəyinin dəqiq bir tarix yoxdur.

Fleyk həmçinin bildirib ki, F-16-nın satışı məsələsinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün təsdiqi ilə heç bir əlaqəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR