ABŞ generalı: “Çin ordusu son beş ildə daha təhlükəli olub”

ABŞ generalı: “Çin ordusu son beş ildə daha təhlükəli olub”
# 25 iyul 2022 06:30 (UTC +04:00)

“Çin ordusu son beş ildə daha aqressiv və təhlükəli olub”.

APA xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Hind-Sakit okean regionuna səfəri zamanı deyib.

Onun sözlərinə görə, son beş il ərzində ABŞ və digər tərəfdaşlar tərəfindən Sakit okean regionunda Çinin təyyarə və gəmilərinin ələ keçirilməsinin sayı xeyli artıb.

“Çinin havada və dənizdəki hərbi qüvvələri bu xüsusi regionda daha aktivləşib və nəzərəçarpacaq dərəcədə aqressivləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR