ABŞ generalı: Hazırda Ukraynanı ATACAMS raketləri ilə təmin etmirik

ABŞ generalı: Hazırda Ukraynanı ATACAMS raketləri ilə təmin etmirik
# 01 aprel 2023 16:35 (UTC +04:00)

"Biz hazırda Ukraynanı ATACAMS uzaq mənzilli raketləri ilə təmin etmirik".

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi general Mark Milli "Defence One" ilə müsahibəsində deyib.

O bildirib ki, indiyə qədər ATACAMS-ların verilməsi ilə bağlı siyasi qərar verilməyib.

"Lakin mən heç vaxt masada və ya masadan kənarda veriləcək qərarla bağlı, gələcəklə bağlı proqnozlaşdırma etməzdim. Amma hərbi nöqteyi-nəzərdən, bizim ATACMS raketlərimizin sayı nisbətən azdır, biz öz sursat ehtiyatlarımızın da olduğuna əmin olmalıyıq. Və eyni zamanda silahın diapazonu ilə bağlı, ATACMS-ın nə edə biləcəyi və edə bilməyəcəyi ilə bağlı şişirtmələr də var".

O əlavə edib ki, ATACAMS raketlərini əvəz edəcək digər silahlar da var.

"GMLRS altı, ATACM-lər isə bir atəş açır. ATACMS-in diapazonu daha uzundur, lakin bu diapazona imkan verə biləcək başqa sistemlər var. Məsələn, bunu edə bilən PUA-lar var, həmçinin Britaniyanın bir neçə belə sistemi var. Bunlar bizim vermək istədiklərimizdir. Amma hazırda biz ATACMS-ları vermirik", - ABŞ generalı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR