ABŞ generalı ölkəsi ilə Çin arasında toqquşmanı istisna etmir

ABŞ generalı ölkəsi ilə Çin arasında toqquşmanı istisna etmir
# 08 iyun 2023 19:52 (UTC +04:00)

ABŞ və Çin arasında hərbi toqquşma qaçılmaz deyil, lakin onun baş vermə ehtimalı istisna edilmir.

APA "Washington Post"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib.

"Birləşmiş Ştatlar və Çin arasında müharibə qaçılmaz deyil, lakin demək olmaz ki, bu baş verməyəcək", - general bildirib.

O xatırladıb ki, hələ bu yaxınlarda Tayvan boğazında iki ölkənin hərbi gəmilərinin iştirakı ilə insident baş verib. Milley, Çinin hərəkətlərinin daha “aqressiv”ləşdiyini və digər bölgələrdə hərbi mövcudluğunu genişləndirdiyini vurğulayıb.

Rusiya barədə də danışan Milli qeyd edib ki, Rusiya Federasiyası hazırda dünya , xüsusən də Avropa üçün çox ciddi təhlükə yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR