ABŞ hərbi kəşfiyyatı Cill Baydenin Ukraynaya səfərinin təhlükəsiz keçmədiyini açıqlayıb

Cil Bayden

© APA | Cil Bayden

# 10 may 2022 19:45 (UTC +04:00)

ABŞ hərbi kəşfiyyatının direktoru Skott Berrier ölkənin birinci xanımı Cil Baydenin Ukraynaya səfərinin tam təhlükəsiz şəraitdə baş tutmadığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı deyib.

Konqresmenlərin “Ukraynaya hazırda səfər edənlərin “ciddi təhlükə” ilə üzləşdiklərini düşünürmü?” sualına Berri "Bəli, əlbəttə" cavabını verib.

Daha sonra ondan ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin “tamamilə təhlükəsiz” keçdiyini düşünüb-düşünmədiyini soruşulub.

"Xeyr, mən belə deməzdim", - ABŞ hərbi kəşfiyyatının rəhbəri cavab verib.

Ağ Evin mətbuat fondunun daha əvvəl bildirdiyi kimi, ABŞ-ın birinci xanımı Avropaya səfəri çərçivəsində keçən həftə sonu Ukraynada iki saatdan az vaxt keçirib. Əvvəlcədən onun ölkəyə səfəri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR