ABŞ ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək

ABŞ ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək
# 30 noyabr 2022 10:10 (UTC +04:00)

ABŞ 2023-cü ilin 29-30 mart tarixlərində ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirib.

Onun sözlərinə görə, Kosta Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri demokratiya sammitinə ortaq ev sahibliyi edəcəklər.

“Sammitə ev sahibliyi etməsi üçün müxtəlif regional tərəfdaşların qoşulması demokratik dəyərlərin həm ortaq qlobal ilham, həm də qlobal məsuliyyət olduğunu vurğulayır. Sammit dünya liderlərini virtual plenar formatda bir araya gətirəcək və hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə hər bir ev sahibi ölkədə təkbətək görüşlərlə davam edəcək”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, ilk Demokratiya Sammiti 2021-ci ilin 9-10 dekabr tarixlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR