ABŞ-ın Baş Qərargahlar rəisi Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmır - VİDEO

ABŞ-ın Baş Qərargahlar rəisi Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmır - VİDEO
# 01 aprel 2023 16:23 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Mark Milli deyib ki, Ukrayna çətin ki, bu il bütün Rusiya qüvvələrini öz ərazisindən çıxarsın.
APA xəbər verir ki, bu barədə amerikalı general "Defence One" ilə müsahibəsində danışıb.
"Mən düşünmürəm ki, bu, bu il üçün həyata keçirilə bilər. Prezident Zelenski dəfələrlə açıq şəkildə bəyan edib ki, Ukraynanın məqsədi hər bir rusiyalı hərbçini Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən qovmaqdır və bu, mühüm hərbi vəzifədir. Çox, çox çətin hərbi tapşırıqdır. Siz hələ də Rusiya tərəfindən işğal olunmuş Ukraynada bir neçə yüz min hərbçinin olduğunu görürük".

General Ukraynanın öz ərazilərini bu il tam azad edə biləcəyinin müqmkünsüz olmadığını da əlavə edib.

"Mən demirəm ki, bunu etmək mümükün deyil, sadəcə deyirəm ki, bu, çox çətin işdir. Amma bu, onların məqsədidir və şübhəsiz ki, onların buna haqqı var, bu onların ölkəsidir. Və ukraynalıların bununla bağlı inamı, əhaval-ruhiyyəsi güclüdür", - Mark Malli vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR