ABŞ-ın birinci xanımı Ukraynada səfərdə olub - VİDEO

ABŞ-ın birinci xanımı Cill Bayden

© APA | ABŞ-ın birinci xanımı Cill Bayden

# 08 may 2022 17:40 (UTC +04:00)

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Cill Bayden Ukraynaya elan edilməmiş səfər edib.

Zakarpatye Vilayət Şurasının “Tpelegram”-da paylaşdığı məlumatda isə qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Cill Baydan Uşqorodda 47-i uşaq olmaqla, 163 ukraynalı məcburi köçkünün məskunlaşdığı 6 saylı məktəbə də baş çəkib.

© APA | ABŞ və Ukraynanın birinci xanımlarının görüşü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR