ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi prezident seçkilərində iştirak etmək niyyətindədir

Nikki Heyli

© APA | Nikki Heyli

# 01 fevral 2023 09:59 (UTC +04:00)

ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli gələn il ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, Heyli bu il seçkiqabağı kampaniyada iştirakını elan edən ilk respublikaçı namizəd olacaq.

Xatırladaq ki, ötən ilin noyabr ayında ABŞ-ın sabiq Prezidenti Donald Tramp gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Ölkənin hazırkı Prezidenti Co Bayden seçkilərdə iştirak gedəcəyini desə də, hələlik rəsmi qaydada namizədliyini irəli sürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR