ABŞ-ın gələn il üçün müdafiə xərcləri 858 milyard dollar olacaq

ABŞ-ın gələn il üçün müdafiə xərcləri 858 milyard dollar olacaq
# 09 dekabr 2022 11:26 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü il üçün müdafiə xərclərinin 45 milyard dollar artırılaraq rekord səviyyəyə - 858 milyard dollara çatdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA “Reuters”ə istinadən xəbər verir ki, Konqresin aşağı palatasının üzvləri Milli Müdafiə Səlahiyyət Aktının (NDAA) kompromis əldə edilmiş versiyasını 350 lehinə, 80 əleyhinə olmaqla qəbul edib. Sənədin qəbul edilməsi üçün Nümayəndələr Palatası üzvlərinin üçdə ikisinin dəstəyi kifayət edib.

Qeyd olunub ki, hərbi xərclərin artırılması hərbçilərin maşının 4,6% artırılmasına, yeni silah, gəmi və aviasiya vasitələri alınmasına imkan yaradacaq.

Sənəd Ukraynaya gələn il 800 milyon dollar dəyərində əlavə təhlükəsizlik yardımı göstərilməsini, həmçinin Çinlə artan gərginlik fonunda Tayvanın gücləndirilməsini də nəzərdə tutur.

Əlavə olunub ki, Milli Müdafiə Səlahiyyət Aktının təmin edəcəyi maliyyə həm də F-35 qırıcı-bombardmançı sistemlərinin və “General Dynamics” tərəfindən istehsal edilmiş gəmilərin alınmasına, yeni silahların inkişaf etdirilməsinə sərf ediləcək.

Senatın Milli Müdafiə Səlahiyyət Aktını gələn həftə qəbul edəcəyi gözlənilir. Qanun layihəsi daha sonra imzalanması üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR