ABŞ-ın indiyə qədər təlim keçdiyi ukraynalı əsgərlərin sayı açıqlanıb

ABŞ-ın indiyə qədər təlim keçdiyi ukraynalı əsgərlərin sayı açıqlanıb
# 06 yanvar 2023 12:08 (UTC +04:00)

ABŞ indiyədək minlərlə ukraynalı hərbçiyə təlim keçib.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Pat Rayder mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, fevralın 24-də Rusiyanın işğalından sonra Birləşmiş Ştatlar Ukraynaya verilən xüsusi avadanlıq və sistemlərlə işləmək üçün Ukrayna ordusuna təlim keçməyə xüsusi diqqət yetirib.

“Aprel ayından bəri təxminən 3100 ukraynalıya bu istiqamətdə təlim keçmişik”, - Rayder deyib.

O vurğulayıb ki, ümumilikdə isə beynəlxalq səviyyədə 12 minə yaxın ukraynalı müdafiəçi hazırlanıb. Pentaqon sözçüsü əlavə edib ki, bir neçə həftədən sonra Almaniyada ukraynalı hərbçilər üçün təlimlər başlayacaq:

“Biz hər ay təxminən 500 Ukrayna əsgərinə batalyon səviyyəsində təlim keçəcəyik... Bu, onların taborda və birləşmiş silahlarla işləmək bacarığını artıracaq ki, bu da onlara döyüş meydanında üstünlük verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR