ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisinin səlahiyyət müddəti başa çatıb

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisinin səlahiyyət müddəti başa çatıb
# 05 yanvar 2023 09:10 (UTC +04:00)

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Rikerin səlahiyyət müddəti başa çatıb.

APA ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu barədə departamentin sözçüsü Ned Prays mətbuat konfransı zamanı deyib.

“Bu gün biz səfir Filip Rikerin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsindən yanvarın 5-dən etibarən istefaya getdiyini elan edirik. Otuz ildən artıqdır ki, səfir Riker həmçinin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ölkəmizin Londondakı səfirliyinin müvəqqəti işlər vəkili kimi ABŞ departamentinə və xalqına sadiqliklə xidmət edir”, - deyə Prays bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR