ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb
# 16 may 2022 03:50 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA “Fox News” telekanalının saytına istinadla xəbər verir ki, bu barədə Harris əyalətinin şerifi Ed Qonzales bildirib.

Onun sözlərinə görə, silahlı insident iki qrup arasında baş verib. Atışma zamanı yalnız münaqişə iştirakçıları xəsarət alıblar.

Hadisə yerindən iki tapança götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR