ABŞ-ın Ukraynaya verəcəyi silahlar məlum olub

ABŞ-ın Ukraynaya verəcəyi silahlar məlum olub
# 02 iyul 2022 00:34 (UTC +04:00)

ABŞ-ın Ukraynaya verəcəyi növbəti hərbi yardım paketində 2 səyyar NASAMS zenit-raket kompleksi və 4 RLS yer alır.

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun sözçüsü Todd Bressil məlumat verib.
“ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollar dəyərində əlavə yardıma dair qərar verib. ZRK və RLS-lə yanaşı yardıma HİMARS yaylım atəşli reaktiv sistemləri və 150 min ədəd mərmi də daxildir” – deyə Bressil bildirib.
Sözçü qeyd edib ki, Vaşinqtonun Ukraynaya hərbi yardımının ümumi dəyəri 7,6 milyard dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR