ABŞ-ın vitse-prezidenti koronavirusdan sağalıb

Kamala Harris

© APA | Kamala Harris

# 03 may 2022 04:57 (UTC +04:00)

26 apreldə koronavirusa yoluxmuş ABŞ-ın vitse-prezidenti Kamala Harris sağalıb.

APA-nın xəbərinə görə, onun ötən gün verdiyi testin nəticəsi neqativ çıxıb və o, özünütəcridi dayandırıb.

Qeyd edək ki, ötən ay Covid-19-a yoluxan Harris özünü təcrid etmiş və məsafədən işləməyə başlamışdı. Onun prezident Baydenlə yaxın təmasının olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR