ABŞ-ın xüsusi nümayəndəsi Çini BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əməl etməyə çağırıb

Son Kim

© APA | Son Kim

# 04 iyun 2023 11:02 (UTC +04:00)

Birləşmiş Ştatlar Çini KXDR-i danışıqlara qaytarmaq üçün təsir göstərməyə və BMT Təhlükəsizlik Şurasının Pxenyanla bağlı qətnamələrinə tam əməl etməyə çağırır.

APA xəbər verir ki, bunu bazar günü dərc olunan Yonhap xəbər agentliyinə müsahibəsində ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Son Kim deyib.

“Biz Pekini KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə və danışıqlara qayıtmağa inandırmaq üçün öz təsirindən istifadə etməyə çağırırıq. Biz Pekini BMT Təhlükəsizlik Şurasının üzvlərinin yekdilliklə qəbul etdikləri qətnamələr çərçivəsində öz öhdəliklərini tam yerinə yetirməyə çağırırıq”, - Sonq Kim bildirib.

“Təəssüf ki, son illər beynəlxalq ictimaiyyət KXDR-in ehtiyatsız və sabitliyi pozan hərəkətlərini pisləməkdə bir cəbhə kimi çıxış edə bilməyib”, - amerikalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR