ABŞ İŞİD-dən azad edilən ərazilərin sakinlərinə 150 mln. dollar yardım ayıracaq

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 08 iyun 2023 16:21 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Suriya və İraqda İŞİD-dən azad edilən ərazilərə təxminən 150 milyon dollar yardım ayıracağını bildirib.

APA xəbər verir ki, bu barədə dövlət katibi Blinken İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın Səudiyyə Ərəbistanında keçirilən iclasında elan edib.
Blinken bildirib ki, ABŞ-ın bu yardımı 600 milyon dollardan çox olan yeni maliyyələşdirmənin bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR