ABŞ kəşfiyyatı 500-dən çox UNO faktı qeydə alıb

ABŞ kəşfiyyatı 500-dən çox UNO faktı qeydə alıb
# 13 yanvar 2023 07:55 (UTC +04:00)

ABŞ-da 2022-ci ilin avqust ayından bəri naməlum uçan obyektlərin (UNO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.

Hesabata görə, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.

"Bu qeyri-səciyyəvi PUA-ların bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib və əlavə təhlil tələb edir", - hesabatda deyilir.

Sənəddən məlum olur ki, naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin operativ vəzifələrini yerinə yetirərkən şahidi olmuş pilot və operatorlarından gəlib.

Hesabat 2021-ci il üçün oxşar hesabatın yayımlanmasından bəri bildirilən hadisələrin sayında kəskin artımı göstərir. Bu, UNO-ların uçuş təhlükəsizliyi ilə bağlı yarada biləcəyi təhlükələrin daha yaxşı başa düşülməsi ilə əlaqədardır.

Hesabatda deyilir ki, Pentaqon və kəşfiyyat "xarici dövlətin UNO fenomenlərində mümkün iştirakı ilə bağlı hər hansı sübutu araşdırmaqda davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR