ABŞ Konqresi 430 milyard dollarlıq paketi təsdiqləyib

ABŞ Konqresi 430 milyard dollarlıq paketi təsdiqləyib
# 13 avqust 2022 05:00 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş paketi təsdiqləyib.

APA xəbər verir ki, bu hakimiyyət orqanları tərəfindən 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan paketdir

Senat bu paketi keçən həftə təsdiqləyib. Hazırda sənəd imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.

755 səhifəlik mətndən ibarət qanun layihəsi federal büdcə kəsirinin azaldılması, ictimai səhiyyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla bir sıra tədbirləri əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanı azaldacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR