ABŞ Konqresi Mark Esperin Pentaqonun rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Konqresi Mark Esperin Pentaqonun rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
# 23 iyul 2019 21:47 (UTC +04:00)

ABŞ Konqresinin senatı prezident Donald Tramp tərəfindən müdafiə naziri vəzifəsinə təklif edilən Mark Esperin namizədliyini təsdiqləyib.

APA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının yuxarı palatasının iclasında qərar verilib.

Esperin namizədliyini 90 senator dəstəkliyib, 8 nəfər isə əleyhinə çıxış edib. Yaxın vaxtlarda Pentaqonun yeni rəhbəri kimi Esperin andiçmə mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR