ABŞ Konqresinə Rusiya rəhbərliyinə qarşı sanksiyaları əks etdirən layihə təqdim edilib

ABŞ Konqresinə Rusiya rəhbərliyinə qarşı sanksiyaları əks etdirən layihə təqdim edilib
# 22 yanvar 2022 02:10 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya əleyhinə sanksiyaları nəzərdə tutan daha bir qanun layihəsi təqdim edilib.

APA Konqresin yaydığı məlumata istinadən xəbər verir ki, layihəni beynəlxalq komitənin sədri, demokrat Qreqori Miks hazırlayıb.

“Komitə sədri Miks Ukraynanın suverenliyinə növbəti müdaxilə və ya zərbə endirilməsi halında Rusiya iqtisadiyyatının daha sərt cəzalandırılması və digər nəticələr haqqında qanun layihəsi təqdim edib. Layihə “Şimal axını 2”yə, dağ-mədən sənayesinə, ən azı üç maliyyə institutuna, dövlət borcuna, prezident Vladimir Putinə və ölkə rəhbərliyinin digər nümayəndələrinə qarşı sanksiyaları əhatə edir”, məlumatda bildirilib.

Həmçinin sənəddə Ukraynaya sürətləndirilmiş əsaslarla müdafiə yardımı göstərmək də təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR