ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib - YENİLƏNİB

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib - YENİLƏNİB
# 14 avqust 2022 17:52 (UTC +04:00)

Bu gün ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.

Səfər iki gün davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Tayvan administrasiyasının rəhbəri Tsay İvenlə görüşəcək, Tayvan xarici siyasət idarəsinin rəhbəri Cozef Unun təşkil etdiyi banketə qatılacaq, Tayvan parlamentində olacaqlar.

Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.

***

saat 16.16

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” Tayvandakı Amerika İnstitutuna istinadən məlumat yayıb.

Senator Ed Markininrəhbərlik etdiyi Konqresin nümayəndə heyəti bu gün – bazar günü Tayvana səfər edəcək. Səfər iki gün davam edəcək. Tayvan administrasiyası ilə görüşlərdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik və qlobal ərzaq tədarükü məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində Tayvana səfəri Çin-ABŞ münasibətlərində gərginliyə yol açmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR