ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçüncü turda da seçilə bilməyib - YENİLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçüncü turda da seçilə bilməyib - YENİLƏNİB
# 04 yanvar 2023 04:02 (UTC +04:00)

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə, yenidən əksəriyyətin dəstəyini ala bilməyib.

APA xəbər verir ki, onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Xakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palatada üstünlüyünə baxmayaraq, cəmi 202 səs toplayıb.

Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək.

***

03.01.2023

Saat 23:23

ABŞ Konqresinin Nümayəndələr Palatası birinci turda spiker seçə bilməyib.

APA xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

Respublikaçı namizəd Kevin Makkarti seçilmək üçün ilk turda kifayət qədər səs toplaya bilməyib.

Bu hal 100 ildə ilk dəfədir baş verib.

Respublikaçı Endryu Biqs və Demokrat Hakim Ceffris də səsverməyə qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR