ABŞ KXDR-yə qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ KXDR-yə qarşı yeni sanksiyalar tətbiq edəcək
# 01 iyun 2022 06:09 (UTC +04:00)

ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurası tərəfindən KXDR-yə qarşı əlavə sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinq zamanı deyib.

“Biz, əlbəttə ki, yeni sanksiyaların tətbiqinə nail omağa çalışacağıqİ.l İlk növbədə mövcud sanksiyaları gücləndirməliyik”, - deyə L.Tomas-Qrinfild bildirib.

Daimi nümayəndə qeyd edib ki, ABŞ son qətnamədə də etməyə çalışdığı kimi, əlavə sanksiyaların tətbiqində israrlıdır.

L.Tomas-Qrinfild ABŞ-ın Rusiya Federasiyası və Çinin daha əvvəl veto qoyduğu qətnamə layihəsini nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR