ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kiyevdədir

Uilyam Börns

© APA | Uilyam Börns

# 16 noyabr 2022 09:58 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Ukrayna Prezidenti Vladimir Zelenski və kəşfiyyat sahəsindəki həmkarları ilə görüşmək məqsədilə Kiyevə səfər edib.

APA xəbər verir ki, Börnsün səfəri ilə bağlı CNN-ə açıqlama verən rəsmi bildirib ki, o, Rusiyanın paytaxt Kiyev də daxil olmaqla ölkəni raket atəşinə tutduğu vaxtda ABŞ səfirliyində olub.

Rəsmi bildirib ki, Börns Kiyevdə ABŞ-ın Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə nüvə silahından istifadə etməməklə bağlı verdiyi xəbərdarlığı müzakirə edib və Vaşinqtonun Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın dəstəklənməsinə sadiqliyini bir daha vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR