ABŞ müdafiə naziri polşalı və çexiyalı həmkarları ilə Ukraynada müharibəni müzakirə edəcək

ABŞ müdafiə naziri polşalı və çexiyalı həmkarları ilə Ukraynada müharibəni müzakirə edəcək
# 19 aprel 2022 23:40 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin polşalı və çexiyalı həmkarları ilə Pentaqonda Ukraynada müharibəni müzakirə edəcək.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə bildirib.

O, görüşlərin ikitərəfli çərçivədə cümə axşamı və cümə günlərində keçiriləcəyini qeyd edib.

Vurğulayıb ki, hər iki görüşdə ikitərəfli əlaqələrlə yanaşı Ukraynaya da fokuslanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR