ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib

ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib
# 19 sentyabr 2023 01:12 (UTC +04:00)

ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” cədvəlində sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib.

Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir.

ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR