ABŞ Nümayəndələr Palatasının spikeri ilk dəfə qaradərili şəxs olub

ABŞ Nümayəndələr Palatasının spikeri ilk dəfə qaradərili şəxs olub
# 30 noyabr 2022 21:37 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum olub.

APA CNN-ə istinadən xəbər verir ki, bu vəzifəyə Hakim Ceffris seçilib.

O, Konqresin hər iki palatasında iki böyük partiyadan birinə rəhbərlik edən ilk qaradərili şəxsdir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri olan Nensi Pelosi daha əvvəl Konqres üzvü olaraq qalacağını və seçildiyi müddətə xidmət edəcəyini bildirmişdi.

ABŞ prezidenti Co Bayden ara seçkilərdə Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazanan Respublikaçı Partiyasının üzvlərini təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR