ABŞ Prezidenti: Borc tavanına dair razılaşma əldə olunub

ABŞ Prezidenti: Borc tavanına dair razılaşma əldə olunub
# 29 may 2023 05:17 (UTC +04:00)

ABŞ prezidenti ilə Nümayəndələr Palatasının sədri Kevin Makkarti arasında defoltdan qaçmaq üçün büdcə razılaşması əldə edilib.

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden deyib.

“Biz Konqresə göndərməyə hazır olduğumuz büdcə ilə bağlı ikitərəfli razılaşma əldə etdik.

Bayden qeyd edib ki, bu, fəlakətli defolt təhlükəsini gündəlikdən çıxaran və iqtisadiyyatın bərpasında əldə edilmiş nəticələri qoruyan çox mühüm addımdır.

Onun sözlərinə görə, razılığın əldə olunması Amerika xalqı üçün yaxşı xəbərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR